Nikolas Maduro rəsmi olaraq Venesuelanın 2019-2025-ci illərdə yeni prezidenti elan olunub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müvafiq vəsiqə Nikolas Maduroya bu gün Milli Seçki Şurasının binasında təqdim edilib.
Qeyd edək ki, mayın 20-də keçirilmiş səsvermənin nəticələrinə əsasən, 6,19 milyon seçici Maduronunun namizədliyini dəstəkləyib.