Ukraynanın qərbində, Lvovda «Azadlıq» prospektində Taras Şevçekonun heykəlinin ətrafında аvrointeqrasiyanı dəstək mitinqi keçirilib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, təşkilatçılar mitinqə toplaşanların Kieyvdəki aksiyaya laqeyd qalmamağa çağırıb.
«Öz şəhərində sən yardım edə bilməzsən! Ancaq Kiyevdə, yalnız Ukraynanın ürəyində, yalnız dekabrın 8-də, milyonların marşında iştirak etməklə sən bu köməyi göstərə bilərsən! Çemodanı yığ, haydı Kiyevə!»-deyə, təbliğat materialında bildirilib.