Liviyada saxta araqdan kütləvi zəhərlənmə: 51 nəfər ölüb
11 mart 2013 21:15 (UTC +04:00)

Liviyada saxta araqdan kütləvi zəhərlənmə: 51 nəfər ölüb

Liviyanın paytaxtı Tripolidə azından 51 nəfər keyfiyyətsiz alkoqolun qurbanı olub.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, 378 nəfər spirtdən zəhərləndikləri üçün həkimə müraciət edib.

 

Ölkənin Səhiyyə Nazirliyi bildirib ki, içkinin tərkibində dərini yandıran, zəhərli metanolun çox olub.

 

Zəhərlənənlərin sayı çox olduğundan onların bir hissəsinin qonşu Tunisə göndəriləcəyi də ehtimal edilir.

 

Xatırladaq ki, Liviyada alkoqolun istehsalı və istehlakı qadağandır.

 

Yerli hakimiyyət saxta spirtli içkilərin hazırlanmasında şübhəli bilinən binaları mühasirəyə alındığın, güc tətbiqi də istisna edilmədiyini bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 598
avatar

Oxşar yazılar