Liviyada 4 xristian emissarı tutulub
17 fevral 2013 04:53 (UTC +04:00)

Liviyada 4 xristian emissarı tutulub

Liviyanın Benqazi şəhərində polis 4 xarici ölkə vətəndaşı olan xristianı həbs edib.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, onlar liviyalılar arasında xristianlığı təbliğ edən ədəbiyyat yayırmış.

 

Mənbə bildirib ki, müsəlman Liviyasında belə fəaliyyət cinayət sayılır. Yerli polisin təmsilçisi Hüseyn bin – Hamid həbs olunan xristianlar əhali arasında 25 min nüsxə xristianlığı yayan ədəbiyyat yayıblar, daha 45 min kitab onların qaldığı yerdə aparılan axtarış zamanı aşkar edilib.

 

Polis bildirib ki, tutulan xristian missionerləri Misir vətəndaşlarıdır və səfirləri onlarla artıq görüşüb.

 

İsveçin Xarici İşlə Nazirliyi isə həbs olunanlardan birinin İsveç-ABŞ ikili vətəndaşlığı var.

 

ABŞ-ın Liviyadakı səfirliyi isə baş verənləri şərh etməyib. O biri tutulanların etnik mənsubiyyət barədə açıqlama verilməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 599
avatar

Oxşar yazılar