«Evimiz İsraildir» Partiyasının lideri, İsrailin keçmiş xarici işlər naziri Aviqdor Liberman «Eş Atid» Partiyasının başçısı Yair Lapidin koalisiyaya girməsini təqdir edib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, ölkənin ikinci telekanalına müsahibəsində qeyd edib ki, xarici işlər naziri vəzifəsi koalisiya ilə bağlı danışıqların predmeti deyil. Libermanın məhkəmə işi başa çatandək İsrailin Xarici İşlər Nazirliyinə də baş nazir Binyamin Netaniyahu başçılıq edəcək.
Lapidin bu nazirliyə başçı gələcəyi məsələsinə münasibət bildirən, Liberman deyib:«İndiki ki o, pul haqqında belə çox danışır, onda,qoy,harda pul var ora getsin.Diqqətini daxili işlərə yönəltsin».
Liberman «a-Tnua» Partiyasının başçısı keçmiş xarici işlər naziri, Tsipi Livninin də koalisiyaya qoşulması ehtimalını istisna etməyib.