Cənubi Koreyada LG şirkətlər qrupunun sədri Ku Bon Mu dünyasını dəyişib.
Trend-in Cənubi Koreya KİV-lərinə istinadən verdiyi məlumata görə, şirkətə 23 il rəhbərlik edən biznesmenin 73 yaşı olub. O, son zamanlarda bir neçə beyin əməliyyatı keçirib.
Qeyd edək ki, Lg Electronics-in məhsulları sayəsində beynəlxalq şöhrət qazanmış korporasiyanın rəhbərliyi biznesmənə 1995-ci ildə atasınnan keçib. Hazırda LG şirkətlər qrupuna onun qardaşı Ku Bon Çjuna rəhbərlik edir.