Lavrov Azərbaycanın AİB və KTMT-yə üzv olacağına ümid edir
08 aprel 2016 06:13 (UTC +04:00)

Lavrov Azərbaycanın AİB və KTMT-yə üzv olacağına ümid edir

“Azərbaycan nə Avrasiya İqtisadi Birliyinə, nə də ki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdür, lakin, mən bu vəziyyətin dəyişə biləcəyinə ümid edirəm”.   APA-nın məlumatına görə, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov “TASS”a müsahibəsində deyib.

 

“Postsovet məkanında bir çox qurum var. Avrasiya İqtisadi Birliyi yaradılıb, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çox effektiv və aktiv fəaliyyət göstərir. Həmkarlarımızın çoxu soruşur: “AİB və MDB-də iqtisadi əməkdaşlığı təkrarlamağa  nə ehtiyac var? KTMT olan yerdə MDB-də təhlükəsizlik məsələlərini müzakirə etməyə dəyərmi?”  Lakin məsələ ondadır ki, iqtisadiyyat və təhlükəsizlik sahələrini əhatə edən bu inteqrasiya birliklərində MDB-nin heç də bütün üzvləri təmsil olunmayıb. Məsələn, Azərbaycan və AİB-ə, nə də ki KTMT-yə üzvdür. lakin, mən bu vəziyyətin dəyişə biləcəyinə ümid edirəm”, - deyə Lavrov bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 319
avatar

Oxşar yazılar