Britaniya məhkəməsi 83 yaşlı avstraliyalı müğənni və rəssam Rolf Harrisi 1980-ci illərdə 9 az yaşlı qıza təcavüz etməkdə suçlayıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, ötən il uşaqların «ədəbsiz şəkillərini» çəkdiyi üçün də ittiham olunub.
83 yaşlı musiqiçi sentyabrda hakim qarşısına çıxaracaq.
Harris həddi-büluğa çatmayanlara qarşı cinsi təcavüz ittihamını rədd edib.
O, 30 musiqi albomunun müəllifidir. Bundan başqa II Yelizavetanın 80 illiyi münasibəti ilə kraliçanın portretini işləyib. «BBC»-nin bir sıra məşhur televiziya verilişlərinin aparıcısı olub.