Konstitusiya məhkəməsi Sarqsyanı müdafiə edib
15 mart 2013 00:18 (UTC +04:00)

Konstitusiya məhkəməsi Sarqsyanı müdafiə edib

Ermənistanın Konstitusiya məhkəməsi prezidentliyə keçmiş namizəd Raffi  Ovannisiyanın şikayətini rədd edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, məhkəmə seçkidə pozuntu olmaması ilə bağlı Mərkəzi Seçki Komissiyasının qərarının düzgün olduğunu bildirib.

Xatırladaq ki, o, bu ilin fevralında  keçirilmiş prezident seçkisinin nəticələrinin saxtalaşdırıldığını təkid edir.

Seçkidə ikinci olan keçmiş namizəd Ovannisiyan ötən bazar günündən aclıq aksiyasına başlayıb.

Rəsmi məlumata görə indiki prezident Serj Sarsiyan seçkidə 58, Raffi Ovannisiyan isə təxminən 37 faiz səs toplayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 665
avatar

Oxşar yazılar