ABŞ Konqresinin qara dərili üzvləri prezident Barak Obamadan hakimiyyətdə afroamerikalıların sayının artırılmasını tələb edibllər.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, məsələyə dair təklif və tənqidlə konqresin qara dərili üzvlər birliyinin sədri, Ohayo ştatının təmsilçisi Marsia Fac danışıb.
«Mən narahatam. Siz yeni adminstrasiyanı təyin edirsiniz, ancaq onların arasında afroamerikalı yoxdur. Ancaq siz açıq-aşkar bildiribsiniz ki, kabinetdə etnik çeşidliliyi qoruyacaqsınız. Seçdikləriniz bu rəngarəngliyə güclə uyğun gələr» - deyə, Facın prezidentə açıq məktubuna vurğulanıb.
Onun sözlərinə görə, etnik fərqliliyi üzrə təqdim etdiklərini Barak Obama qəbul etməyib.
Mənbə xatırladıb ki, prezident afroamerikalıların maraqlarını «təmin etmədiyi üçün» əvvəllərdə tənqid olunub. 2009-cu ildə onlar Barak Obamanı guya o, qara dərili amerikalıların iqtisadi çətinliyi dəf etməsindən ötrü bir iş görmür.
Onda prezident tənqidləri belə cavablandırmışdı:«Mən bunu yanlış yanaşma sayıram. Biz hamımız eyni vəziyyətdəyik. Bizə bu durumdan çıxmaq lazımdır».