Kolumbiyanın prezidenti Xuan Manuel Santos NATO ilə tərəfdaşlığa dair razılaşmanın əldə edildiyini bəyan edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə dövlət başçısı özünün “Tvitter” hesabında yazıb.
“Gələn həftə biz Kolumbiyanın NATO-ya qlobal tərəfdaş qismində daxil olmasını rəsmiləşdirəcəyik", X.M.Santos yazıb.
Onun sözlərinə görə, Kolumbiya belə imtiyazı olan yeganə Latın Amerikası ölkəsi olacaq.