Martın 18-də İsrail parlamentinə (Knesset) yeni sədr seçilib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu postu Likud Partiyasından deputat Yuliy Edelşteyn tutub.
Yəhudi dövləti tarixində ilk dəfə parlament sədri postu rusdilli siyasətçiyə qismət olub.
O, 1958-ci ildə Ukraynanın Çernovtsı şəhərində doğulub. Moskva Pedaqoji İnstitutunu bitirib. 1987-ci ildən İsraildə yaşayır.
Knessetin 120 deputatından 96-nın səsini toplayan Edelşteynin namizədliyini “Likud-Beyteynu” fraksiyası irəli sürüb.
Edelşteyn əvvəlik hökumətdə informasiya və diasporla iş naziri vəzifəsini tutub.
Xatırladaq ki, ötən ilin avqustunda o, İsrailin informasiya və diaspor naziri kimi Ermənistana səfəri zamanı ermənilərin saxta tarixinə həsr olunmuş memorial kompleksini ziyarət etmişdi.
Edelşteyn və nümayəndə heyəti bu uydurma tarixə həsr edilmiş muzeydə də olmuş, «xatirə kitabı»na ürək sözlərini yazmışdı. Səfər zamanı imzalanmış anlaşmaya görə, “soyqırım” məsələsi iki ölkə arasında öncə kültürəl və diplomatık olaraq tanınacaq. Bu məsələdə İrəvandakı «Soyqırım Muzeyi» İnstitutu ilə Qüdsdəki eyni adlı muzey arasında anlaşma əldə edilmişdi.