Ukrayna müxalifəti Kiyevdə ictimai özünü idarə komitəsi yaradıb. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda «Batkivşina» bildirib.
Bu quruma parlamentin deputatları, Kiyev şurası və ictimai fəallar daxildir.
Təşəbbüs qrupuna «Batkivşina», «Azadlıq» və «UDAR» partiyalarının deputatları daxil edilib.
Komitə Kiyevdəki yerli hakimiyyətin fəaliyyətinə nəzarəti gerçəkləşdirəcək.
Dekabrın 7-də komitənin tərkibi elan olunacaq.