Kim Çen In Trampla görüşündən danışdı
10 may 2018 02:16 (UTC +04:00)

Kim Çen In Trampla görüşündən danışdı

ABŞ prezidenti Donald Trampla görüş müsbət dəyişikliklər gətirəcək.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Şimali Koreyanın lideri Kim Çen In bəyan edib.

 

“KXDR ilə ABŞ arasında qarşıdan gələn zirvə görüşü Koreya yarımadasında müsbət dəyişikliklərin inkişafı və parlaq gələcək qurmaq üçün ilk gözəl addım olacaq”, deyə Kim Çen In bildirib.

 

Bundan əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo zirvə görüşü ilə əlaqədar təşkilati məsələləri aydınlaşdırmaq üçün Pxenyana səfər edib. Dövlət katibi özünün “Tvitter” səhifəsində görüşün məhsuldar keçdiyini vurğulayıb.

 

M.Pompeo ötən gün həmçinin bildirib ki,  Tramp və Kim Çen In arasında görüşün tarixi və yeri müəyyənləşib. Gələn həftənin əvvəlində bu barədə rəsmi məlumat veriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 315
avatar

Oxşar yazılar