ABŞ dövlət katibi Con Kerri dünyanın müxtəlif ölkələrindən olan 14 qadını “Mərdliyə görə” illik mükafatı ilə təltif edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, mükafatlandırılmış şəxslər arasında bir il əvvəl qətlə yetirilmiş rusiyalı siyasətçi Boris Nemtsovun qızı Janna Nemtsova olub.
“14 lider, nümunə götürmək üçün 14 örnək, böyük mərdliyə malik olan 14 qadın”, - deyə Kerri mükafatlandırma mərasimini açaraq çıxışında bildirib. Bu gün bu mükafata layiq görülən şəxslər ədalət naminə, tolerantlıq naminə, həqiqət naminə hərəkət etməyə, qəbuledilməz hallarla barışmamağa, başqalarının irəliyə doğru ilk addımı atmasını gözləməməyə çağıran bir nümunədirlər”, - deyə Kerri qeyd edib.
Mərdliyə görə” mükafata sülhü, insan haqlarını, ədaləti, cinslərin bərabərliyini fəal müdafiə edən şəxslər layiq görülür.
Mükafat 2007-ci ildə təsis edilib. Bu vaxtadək 60 ölkədən 100-dək qadın mükafata layiq görülüb.