Kemeron: Suriya müxalifətinə silah verin
13 mart 2013 04:26 (UTC +04:00)

Kemeron: Suriya müxalifətinə silah verin

Britaniyanın baş naziri Devid Kemeron Suriya müxalifətinə silah verilməməsini məqsədəuyğun saymadığını bildirib.

 

Lent.az-ın xarici informaisya vasitələrinə istinadən məlumatına görə, hökumət başçısı deyib ki, ölkəsi müstəqil dövlətdir, əgər suriyalı müxalifətə silah tədarükü ilə bağlı Avropa birliyindəki tərəfkeşlərini inandıra bilməzsə, o halda alternativ yollar arayacaqlar.

 

Qeyd edək Ki, bir müddət öncə, Britaniyanın xarici işlər naziri Uilyam Heyq Londonu Suriya müxalifətinə zirehli avtomobil,zirehli gödəkçələr, eləcə də çeşidli qurğular, o cümlədən rabitəyə dair avadanlıq verəcəklərini bildirmişdi.

 

 

Martın 12-də Avropa parlamentində çıxışı zaman İsrailin prezidenti Şemon Peres Suriyada qan tökülməsinin qarşısının alınması üçün ərəblərdən ibarət sülhməramlı yaradılmasını təklif edib.

 

Xatırladaq ki, Avropa Birliyi Suriyaya silah satışını yasaqlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510
avatar

Oxşar yazılar