Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın oğlu Ara Oskanyan dostu ilə birlikdə barda narkotik maddə qəbul etməsi şübhəsi ilə tutulub.
Lent.az-ın Ermənistan KİV-ə istinadən məlumatına görə, polisin apardığı axtarış zamanı Aranın üstündən narkotik maddə tapılmasa da, dostu Vahan adlı ermənin telefonunu cibindən «toz» aşkarlanıb.
«Toz» ekspertizya göndərilib. Məlumata əsasən, hələlik faktla cinayət işi açılmayıb.
Ara Oskanyanın narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı başqa bir cinayət işində də hallanır.