Keçmiş nazir məhkəməni aldatdığı üçün tutulub
12 mart 2013 06:07 (UTC +04:00)

Keçmiş nazir məhkəməni aldatdığı üçün tutulub

Britaniyanın keçmiş energetika naziri Kris Hüyn və onun keçmiş xanımı Viki Prays hakimi dolaşığa saldıqları üçün 8 ay müddətinə azadlıqdan məhrum ediliblər.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, 10 ay öncə maşını yüksək sürətlə əri sürdüyü halda V.Prays bu «cinayəti» öz üzərinə götürüb.

 

Yerli telekanala müsahibəsində keçmiş nazir yalan danışdığını etiraf edərək, buna görə «təəssüfləndiyini» də bildirib.

 

Hüyn və Prays ayrıldıqdan sonra onların yalanının üstü açılıb.

 

Maşının sürətlə idarə edilməsi ilə bağlı məhkəmə araşdırması olacağını bildiyindən ötən il o, energetika naziri vəzifəsindən istefa verib.

 

Britaniya baş nazirinin müavini Nik Kleqq məhkəmə qərarını «Hüyn, Prays və onun ailə üzvlərinin şəxsi faciəsi» kimi dəyərləndirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528
avatar

Oxşar yazılar