Karaçi taliblərinin lideri tutulub
15 mart 2013 05:11 (UTC +04:00)

Karaçi taliblərinin lideri tutulub

Pakistan polisi ölkənin Karaçi şəhərində «Təhrike-Taliban Pakistan» hərəkatı döyüşçülərinin lideri Aləm Şir Məsudu martın 14-də həbs edib.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, o, yaxın silahdaşlarından biri ilə birlikdə ələ keçirilib. Mənbə bildirib ki, əməliyyat terrorçuluqda şübhəli bilinən taliban yaraqlılarından ikisi tutulandan sonra həyata keçirilib.

 

Məlumata əsasən, hərəkatın lideri Karaçidə bir neçə partlayışın törədilməsində iştirak edib.  

 

Son zamanlar «Təhrike-Taliban Pakistan» daha çox fəallaşıb. Onlar oktyabrın ortalarında Pişavərdə Pakistan Hərbi Hava Qüvvələrinin bazasına hücumu etmişdi.

 

Ötən il dekabrın sonunda isə bu təşkilat Zonda oğurlayaraq, 20 çox hərbçinin qətlə yetirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 543
avatar

Oxşar yazılar