Kadırov azarkeşlərdən üzr istəyib,hakimdən yox
Çeçenistan prezidenti Ramzan Kadırov Rusiya çempionatında keçirilən Qroznının “Terek” və Kazanın “Rubin” komandaları arasında oyun zamanı baş hakimi təhqir edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, oyunun 87-ci dəqiqədə baş hakim Mixail Vilkov “Terekin” kapitanı Rizvan Utsiyevı kobud oyuna görə meydançadan qovub.
Hakimin qərarına qarşı çıxan Çeçenistan prezidenti stadionda quraşdırılan mikrofona yaxınlaşaraq “Satqın hakim, eşşək” deyib.
“Terek”in fəxri prezidentinin bu davranışına görə klub cərimələnə bilər.
Oyundan sonra Çeçenistan Respublikasının lideri deyib: «Bu mən idim, Ramazan Kardırov,Çeçen Respublikasının başçısı. Mənim qışqırığım çeçen fanatlarının hayqırığı idi.
Futbol ictimaiyyətindən hissiyyata qapanıb, işlətdiyim ifadəyə görə, üzr istəyirəm. Ancaq hakim Mixail Vilkovdan heç bir halda üzr istəməyəcəyəm».
Oyunun hakimi isə baş verənləri hələlik şərh etməyib.
Çeçenistan prezidenti Ramzan Kadırov Rusiya çempionatında keçirilən Qroznının “Terek” və Kazanın “Rubin” komandaları arasında oyun zamanı baş hakimi təhqir edib.