ABŞ-ın müdafiə naziri Çak Heygel bildirib ki, 2014-cü ildən sonra Amerika ordusunun təhlükəsizliklə bağlı qalması haqqında müqaviləni Əfqanıstan hakimiyyəti vaxtında imzalayacaq.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, bunu Əfqanıstanın müdafiə naziri Bismilla Xan Məhəmmədinin verdiyi sözə əsasən bildirib.
Mənbə xatırladıb ki, ABŞ bu müqaviləni 2013-cü ilin sonunadək imzalanmasında israr edir. Əfqanıstan prezidenti Həmid Karzay isə imzalanmanı 2014-cü ilin aprelində keçiriləcək prezident seçkisindən sonraya saxlamağı planlaşdırır.
Müqavilə ABŞ ordusu Əfqanıstandan çıxandan sonra qalacaq hərbçilərin statusunu müəyyənləşdirəcək.
Ağ ev bu ölkədə bir neçə min amerikalı təlimçi hərbçi saxlamaq niyyətindədir. Xarici qüvvələr ölkədən çıxandan sonra həmin təlimatçılar Əfqanıstanının təhlükəsizlik qüvvələrini təlim keçəcək.