İsveçrə İrana qarşı sanksiyaları qismən aradan qaldırıb
30 yanvar 2014 03:23 (UTC +04:00)

İsveçrə İrana qarşı sanksiyaları qismən aradan qaldırıb

İsveçrə hökuməti İrana qarşı sanksiyaların qismən aradan qaldırılması haqda qərar qəbul edib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, hökumətin qərarına əsasən, İranla qiymətli metalların ticarətinə, neftin və neft məhsullarının daşınmasına, eləcə də bir sıra maliyyə əməliyyatlarının həllinə 2014-cü il avqustun 14-dək icazə verilib.

 

İsveçrə Federal şurasının məsələ ilə bağlı kommünikesində vurğulanıb ki, İslam Respublikasına qarşı beynəlxalq tədbirlər, o cümlədən  BMT Təhlükəsizlik Şurasının sanksiyalarının böyük hissəsi qüvvədə qalır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 349
avatar

Oxşar yazılar