Fevralın 12-də İspaniya polisi «Kapadokya» adlı keçirdiyi əməliyyat nəticəsində terrorçu PKK-nı maliyyələşdirən 6 nəfəri tutub.
Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən, onların 4-ü Madriddə, biri Mursiada, biri isə Barselonada ələ keçirilib. Açıqlamada bildirilib ki, terrorçuları tutmaq üçün həmin şəhərlərdə 11 yerdə axtarış aparılıb.
İspaniya məsullarının sözlərinə görə, tutulanlar terrorçu PKK-nın Avropa ölkələrində təbliğatını aparır, ona maliyyə yardım yığılmasına iştirak ediblər. Onlar könüllü «yardım etməyən» kürdlərdən zorla «inqilab vergisi» alırmış. Əldə etdikləri pulla Türkiyədə terrorlar təşkil ediləcəyini bildirirmiş.
Əməliyyat nəticəsində onların üstündən 28 min avro və 2 odlu silah ələ keçirilib.
Xatırladaq ki, fevralın 12-də Fransada da 15 terrorçu PKK üzvü həbs edilib.