İspaniyada Valensiya sakini Ernest Bru Rodenas Tvitter şəbəkəsindəki şəxsi hesabında kralı təhqir edib.
Lent.az-ın “Azərtac”-a istinadən xəbərinə görə, keçirilən məhkəmədə o təqsirli bilinərək 240 avro cərimə olunub.
Valensiya şəhərinin keçmiş rəhbəri Klementina Rodenasın oğlu olan bu vətəndaş kralı təhqir etdiyi şərhində həm də "ETA-ya eşq olsun!"(ETA baskların radikal sol təmayüllü separatçı təşkilatıdır) yazıb.
Ernest Bru Rodenas cəriməsini günə 2 avro olmaqla 4 ay müddətində ödəməlidir.