İŞİD terror qruplaşması Əfqanıstanın paytaxtı Kabildə baş vermiş partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ötən gün Kabil universiteti yaxınlığında minalanmış avtomobil partlayıb.
Məlumata əsasən, partlayış terrorçu-kamikadze tərəfindən törədilib. Hadisə nəticəsində 14 nəfər ölüb, 17 nəfər yaralanıb.