İŞİD döyüşçülərinə verdiyi maaşları azaltdıqdan sonra qruplaşmanın əcnəbi üzvləri oranı tərk etməyə başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat “Sky News” telekanalında yer alıb.
Məlumata görə, hadisəni danışan yerli qaynaq deyib: “İŞİD-in xarici döyüşçüləri maaşlarının yarıya enməsi səbəbi ilə qruplaşmanı tərk etməyə başlayıb”.
Rəqqa Səssizcə Qətl Olunur (RİBBS) adlı qruplaşmanın üzvü Əbdüləziz əl-Həmzə şəhər sakinlərinin İŞİD-in tərkibinə qatılma təkliflərini rədd etdiyini və xarici döyüşçülərin qruplaşmanı tərk etməsi xəbərini təsdiqləyib.