İrəvanın Azadlıq meydanında müxalif “Yeni Ermənistan” ictimai qurtuluş cəbhəsinin mitinqi keçirilir.
APA-nın “News.am”-a istinadən verdiyi məlumata görə, mitinqdən sonra yürüş baş tutacaq.
Müxalifətçilər ölkədəki sosial-iqtisadi vəziyyət və insan haqlarının pozulmasına etiraz edirlər.
Yürüş iştirakçıları Avropa İttifaqının ofisinə gedərək insan haqlarının pozulması ilə bağlı məktub təqdim edəcəklər.
Qeyd olunur ki, “Yeni Ermənistan”ın məqsədi hakimiyyətin dəyişdirilməsidir.