İraqın şimalında Tuz Xurmato şəhərində avtomobilə quraşdırılmış qurğunun partlaması nəticəsində azı 11 nəfər həlak olub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, polis açıqlama verib.
Hüquq mühafizə orqanlarının sözlərinə əsasən, şəhər giriş yolunda əvvəlcə birinci bomba partlayıb, hadisə yerinə adamlar toplaşanda ikincisi işə düşüb. Məlumatda bildirilib ki, olayın qurbanını çox uşaqlardır.
Ötən gün ölkənin Samara şəhərində baş vermiş partlayış nəticəsində 16 nəfər həlak olmuşdu. Ondan əvvəl isə Bağdadda 80-dən çox insanın həlak olması ilə nəticələnə partlayış baş vermişdi.