İranın nüvə siyasətində ŞOK dəyişiklik
19 avqust 2013 11:13 (UTC +04:00)

İranın nüvə siyasətində ŞOK dəyişiklik

İran Ali Milli Təhlükəsizlik Şurası ölkənin nüvə məsələsinin həlli ilə məşğul olmayacaq.

 

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, artıq nüvə işi bu qurumun təsir dairəsindən çıxarılıb. Belə ki, ölkənin nüvə məsələsinin həlli ilə məşğul olmaq səlahiyyəti İran Xarici İşlər Nazirliyinin öhdəsinə verilib. Eyni zamanda İranın “altılıq” ölkələri ilə müzakirə aparacaq nümayəndə heyətinə yeni xarici işlər naziri Məhəmməd Cavad Zərif rəhbərlik edəcək. Onun bu vəzifəni icra edəcəyi Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eştonla telefon danışığı zamanı rəsmi şəkildə açıqlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1496
avatar

Oxşar yazılar