İranda göbələk zəhərlənməsindən ölənlərin sayı 15 nəfərə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, indiyədək zəhərlənmə əlaməti ilə tibbi müəssisələrə 1017 nəfər müraciət edib, onlardan 116-sı xəstəxanalara yerləşdirilib, 15 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Məlumata əsasən, zəhərlənmə faktları daha çox Kirmanşah, Lorestan, Kürdistan, Qərbi Azərbaycan və Zəncan əyalətlərində qeydə alınıb.