İran Təbriz şəhərində əcnəbi xəstələr üçün xüsusi tibbi şəhərciklər yaratmaq niyyətindədir.
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu barədə İran parlamentinin səhiyyə komissiyasının üzvü, keçmiş səhiyyə naziri, doktor Məsud Pezeşkian bildirib.
Onun sözlərinə görə, İrana müalicə üçün gələn əcnəbi xəstələrə daha yaxşı müalicə xidmətləri təqdim olunacaq: “İran parlamenti əcnəbilər üçün xüsusi tibbi şəhərciklərin yaradılması məsələsini araşdırmaqdadır”.
Qeyd edək ki, son illər ərzində İranın qonşu ölkələrindən əksər əcnəbi vətəndaş müalicə üçün məhz Təbriz şəhərini seçir. Belə xəstələr arasında Azərbaycana Respublikasının vətəndaşları da çoxluq təşkil edir.