İranda azərbaycanlı fəal azadlığa buraxılıb
08 mart 2013 23:44 (UTC +04:00)

İranda azərbaycanlı fəal azadlığa buraxılıb

İranda azərbaycanlı fəal azadlığa buraxılıb. APA-nın məlumatına görə, Şəhram Dadaşı bir ay həbsdə saxlanıldıqdan sonra martın 6-da Təbrizin mərkəzi həbsxanasından azadlığa buraxılıb.

 

Qeyd edək ki, Ş. Dadaşi Əkbər Mühaciri, Məhəmməd Rzabəxşi Xace, Rəhim Əlirzayi, Məsud Bayrami, Əmir Babayi, Vəli Bərqdar və Əsgər Ağayi Əlvəndi bəraət qazanmış daha iki nəfərlə birlikdə Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində mühakimə edilmişdi. Azərbaycanlı fəala 8 ayı şərti olmaqla 1 il həbs cəzası verilmişdi. Ş. Dadaşi 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı həbs alınmış 30-a yaxın milli fəalla bağlı afişa yaydığına görə tutulmuşdu. Azərbaycanlı fəal 2011-ci il oktyabrın 9-da bir ay saxlanıldıqdan sonra 30 milyon tümən mülk girovu qarşılığında Təbrizin mərkəzi zindanından müvəqqəti azadlığa buraxılmışdı. Ancaq 2013-cü il fevralın 4-də barəsində çıxarılmış həbs cəzasının icrası üçün Təbriz mərkəzi zindanının karantin bölümünə salınmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636
avatar

Oxşar yazılar