İrəvanda «Hays» adlı gecə klubunda dava-dalaş olub. Lent.az-ın Ermənistan informasiya vasitələrinə istinadən məlumatına görə, olay bir qrup iranlı ilə ermənilər arasında baş verib.
Əlbəyaxa dava-dalaşın iştirakçıları çeşidli dərəcədə xəsarət alıb.
Qarşıdurma polis müdaxiləsindən sonra dayanıb. Dava-dalaşı salmaqda şübhəli bilinənlər arasında İslam Respublikasının vətəndaşı da var. Hadisə iştirakçıları tutulub. Araşdırma aparılır.
Mənbənin bildirdiyinə görə, bu gecə klubunu iranlı idarə edir. Bu səbəbdən də ora İslam Respublikası vətəndaşlarının daha çox getdiyi əyləncə yerlərindəndir. Orada dava-dalaş isə nadir hal deyil.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.