2013-cü il noyabrın 24 Cenevrədə İranla «altılıq» ölkələri arasında ələ edilən razılığa əsasən, Tehran hakimiyyəti Fordo və Nətənzdəki sentrifuqaları kaskadlarını bağlayıb.
Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, bu xəbəri İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki təmsilçisi Bəhruz Kamalvənd verib.
Məmur bildirib ki, əldə edilən razılaşmaya əsasən, İran bundan sonra uranı 20 faizədək deyil, yalnız 5 faizədək zənginləşdirəcək.
Qeyd etmək lazımdır ki, Tehran hakimiyyəti götürdüyü öhdəliyə görə 20 faizədək zənginləşdirdiyi uran ehtiyatını da məhv edəcək.
Bu sayaq öhdəliklərə əməl edəcəyi halda İran hakimiyyətinə qarşı tətbiq edilən sanksiyalar aradan qaldırılacaq.