İran üçün nəzərdə tutulan «S-300»-ü Rusiya məhv edib
30 avqust 2013 04:58 (UTC +04:00)

İran üçün nəzərdə tutulan «S-300»-ü Rusiya məhv edib

Rusiyanın İrana tədarük üçün nəzərdə tutduğu «S-300 PMU-1» zenit –raket kompleksi tamamilə açılıb və hissə-hissə utilizasiya edilir.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə,  bu haqda Moskva ətrafında «MAKS-2013» aviasalonunda «Almaz-Antey»-in baş direktoru Vladislav Menşikov bildirib.

 

«İran üçün nəzərdə tutulmuş texnika artıq yoxdur. Bu çox dəqiq məlumatdır. İstənilən məhsul müqavilənin tələbi ilə hazırlanır. Onu başqa sifarişçiyə satmaq mümkün deyil»-deyə, baş direktor söyləyib.

 

Xatırladaq ki, Rusiya ilə İran bu zenit qurğu ilə bağlı 2007-ci ildə müqavilə imzalamışdı. Müqavilənin icrası 2010-cu ildə Rusiyanın o vaxtkı  prezidenti Dmitri Medvedev tərəfində dayandırılmışdı.

 

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 966
avatar

Oxşar yazılar