İran ən böyük müştərisini itirir
10 mart 2013 07:51 (UTC +04:00)

İran ən böyük müştərisini itirir

Atom-nüvə proqramı ucbatından Tehran hakimiyyəti həm iqtisadi tərəfdarlarını, həm də etibarını itirməkdədir.

 

Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, İranın xam neft ixrac etdiyi ikinci dövlət Hindistandır.

 

Mənbə bildirib ki, hazırda Tehranın xaricə satdığı «qara qızıl»-ın dörddə birini bu ölkə satın alır. Xəbərdə iki ölkə arasında ticarət dövriyyəsinin isə 10 milyard dollar olduğu da vurğulanıb.

 

Beynəlxalq ictimaiyyətin bəlli sanksiyalarından sonra Hindistan İslam Respublikasından  aldığı neftin həcmini azaldıb. Ona görə də bu ölkə ikinci yerdən dördüncü sıraya düşüb.

 

Mənbənin bildirdiyinə əsasən, Hindistan İrandan neft idxalını tamamilə dayandırmağa hazırlaşır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2152
avatar

Oxşar yazılar