İran casusunu Əfqanıstanda edam gözləyir
13 mart 2013 02:14 (UTC +04:00)

İran casusunu Əfqanıstanda edam gözləyir

Əfqanıstanda İran vətəndaşı həbs edilib. Məhəmməd Məhəmmədi adlı bu şəxs İslam Respublikasının xeyrinə casusluqda ittiham olunur. Məhkəmə onu edama məhkum edib.

Lent.az-ın «Azad Avropa» («free Europe») saytına istinadən məlumatına görə, bunu Əfqanıstanın Badğis əyalət məhkəməsinin hakimlərindən biri deyib.

Məlumata əsasən, casusluqda ittiham olunan iranlı İspaniya və ABŞ hərbi bazalarının yanında həbs edilib.

Mənbə bildirib ki, o, həbs olunmazdan öncə Əfqanıstanın Herat şəhərindəki İran konsulluğunda qalıb.



Məsələ ilə bağlı Tehran rəsmi açıqlama verməyib.

 

# 459
avatar

Oxşar yazılar