İranın Dövlət Ticarət Şirkəti («Government Trading Corporation İran») beynəlxalq teryderlərlə taxıl almağa dair danışıqlara başlayıb.
Lent.az-ın «Röyter»-ə istinadən məlumatına görə, 110 min ton sərt qırmızıdənli ABŞ taxılının satın alınması ilə bağlı müzakirələrdən gedir.
Mənbə bildirib Ki, danışıqlar uğurla başa çatarsa, o zaman cari ilin aprelindən 55 min ton olmaqla iki dəfəyə məhsul İrana daşınacaq.
Müzakirələrlə bağlı xəbər təsdiqlənsə də, onun nəticələri hələ məlum deyil.