Yunan Kiprində yaranmış bank böhranı ilə əlaqədar olaraq, oradakı öz hərbçilərinə təyyarə ilə bir milyon avro nəğd pul göndərib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu ölkədə hələ banklar işləmir.
Qeyd edək ki, parlament maliyyə qurumlarındakı bank depozitlərinə verginin qoyulması haqda qərar qəbul edəcəyi gözlənilirdi. Ancaq bu qərarı heç bir deputat dəstəkləməyib. Onların 36 qanun layihəsinin əleyhinə səs verib. 19-u isə tərəfsiz qalıb.
Britaniya hakimiyyəti bildirib ki,bankomatlar işləmədiyi halda adadakı ingilis əsgərləri bu pullardan istifadə edəcək.
Məlumata əsasən, hazırda Yunan Kiprində Britaniyanın 3 minə yaxın əsgəri, 25 minə yaxın vətəndaşı mövcuddur.