İmam cümə Əhmədinejada “4 sinif oxumağı” məsləhət görüb
16 mart 2013 05:13 (UTC +04:00)

İmam cümə Əhmədinejada “4 sinif oxumağı” məsləhət görüb

İran prezidenti Mahmud Əhmədinejadın Venesuelanın dövlət başçısı mərhum Uqo Çavesin vəfatı ilə bağlı verdyi baş sağlığı hökumət başçısının rəqiblərinin əlinə “göydən düşmə” “fakt”a çevrilib.

Lent.az-ın məlumatına görə, Tehranın cümə namazına rəhbərlik edən ayətullah Əhməd Cənnəti də Əhmədinejadın məlum  başsağlığının bəzi məqamlarına etiraz bildirib.

 “Çavesin ölümünə görə verilən başsağlığı ənənəyə tamamilə yad bir addım idi. Həmin başsağlığında qayıdış məsələsindən danışılır. Kaş bu sözü deməzdən əvvəl gedib, dörd sinif dərs oxuyub bir şey öyrənəydilər. Qayıdış mövzusu hökumət nişanı deyil ki, onu istədiyin adamın döşünə taxasan.

Tutaq ki, Çaves çox yaxşı adam olub, siyasi baxımından öz xalqının tərəfini saxlayıb və bizimlə də yaxşı münasibətdə olub. Bütün bunlara baxmayaraq o, qeyri-müsəlman bir şəxs idi. Lap müsəlman olsaydı belə, sən hansı dəlil-sübutla deyirsən ki, o, bir gün qayıdacaq? Bu düzgün deyil. Ümid edirəm ki, bir daha belə şey təkrar olunmaz”.

Xatırladaq ki, M.Əhmədinejad Venesuela prezidentinin müavini Nikolas Maduroya başsağlığı məktubu yazaraq Çavesi “mömin”, “hizbullahçı” və “şəhid” adlandırıb: “Şübhəli ölümü ilə aramızdan gedən Çaves insani və inqilabi dəyərlərin qorunub saxlanması uğrunda qurban gedən bir şəhiddir. Çaves Latın Amerikasının iftixarlı, lakin kədərli tarixində inqilabçıların qəhrəmanı və mübarizə simvoludur. Şübhə yoxdur ki, o qayıdacaq. Bəli, Çaves bir gün Həzrət İsa Məsih və paklar nəslinin yeganə yadigarı olan kamil insanla (Həzrət Mehdi nəzərdə tutulur – red) birlikdə qayıdıb yer üzündə mehribanlıq, sülh və ədalətin bərqərar olunmasında bəşəriyyətə yardım göstərəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 850
avatar

Oxşar yazılar