ABŞ hakimiyyəti Venesuelanın iki diplomatını ölkədən çıxarıb.
Lent.az-ın «Assoşieyted Press»-ə istinadən məlumatına görə, bu, mərhum prezident Uqo Çavesin ölüm xəbərindən sonra amerikalı diplomatların Venesueladan çıxarılmasına cavab addım sayılır.
Veneuelalı diplomatlar Xose Montanes Olivares və Viktor Kamakaro Mata artıq ABŞ-ı tərk edib.
Ötən həftə ölkə prezidentinin müavini Nikolas Maduro amerikalı diplomatların «arzuolunmaz şəxs» («persona –non qrata») elan edilmələrini «ölkədə qarışıqlıq yaratmağa cəhd göstərməsi» ilə izah etmişdi.