Adolf Hitlerə qarşı sui-qəsjin təşkilatçılarından biri Evald-Henrix fon Kleyst 90 yaşında Münhendə ölüb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən xatırlamasına görə, 1944-cü il iyulun 20-də Klaus fon Ştauffenbergin rəhbərlik etdiyi qrup Hitelrin generallarla müşavirə keçirdiyi otağa şəxsən partlayıcı qurğu yerləşdirmişdi.
Nəticədə 4 faişst hərbçisi həlak olmuş, Hitler isə yaralanmışdı. Bu sui-qəsdin təşkilatçıları və icraçıların çoxu tutularaq, edam olunmuşdu. Onda Fon Kleyst isə həbs düşərgəsinə göndərilmiş, bir müddət sonra oradan azad edilmişdi.