Həştərxanda Niderland vətəndaşını oğurlamaq istəyən azərbaycanlılar saxlanılıb
31 mart 2016 11:59 (UTC +04:00)

Həştərxanda Niderland vətəndaşını oğurlamaq istəyən azərbaycanlılar saxlanılıb

Rusiyanın Həştərxan şəhərində Niderland vətəndaşını oğurlamaq istəyən iki azərbaycanlı həbs edilib. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, oğrulardan biri arvadı rus olan Niderland vətəndaşına taksi xidməti göstərirmiş.

Həmin şəxsin olduqca imkanlı olduğunu bilən azərbaycanlı başqa bir dostu ilə plan qurur. Plana görə, onlar səhər bağçaya gedəcək uşağı oğurlayıb sonradan ailədən 200 min dollar tələb edəcəkdilər.

Amma niyyətləri baş tutmayıb. Sən demə, onların bu planı barədə yerli polis hansısa yolla xəbər tutubmuş. Azərbaycanlılar elə uşaq bağçasının yaxınlığında həbs edilib. İndi onları 12 ilədək həbs gözləyir

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 209
avatar

Oxşar yazılar