Suriyadakı rejimə bağlı ordunun başçıları Dəməşqdəki hərbi müəssisləri şəhərdən köçürməyə başlayıb.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, ordu başçıları ehtimal olunan hava zərbələrindən həmin müəssisələri qorumaq məqsədi bu addımı atıb.
İngiltərədə çıxan «Qardian» qəzeti Azad Suriya Ordusuna istinadən edərək , yazıb: «Görünür, Bəşar Əsədə bağlı hərbi qüvvələri və baş qərargahı Dəməşqi mərkəzindən çıxarmaqla Suriya ərazisinə xarici qüvvələrin ehtimal olunan hücumundan qorumaq niyyətindədirlər».
«Qardian» bildirib ki, hərbçilər ağır texnikanı da köçürürlər. Bundan başqa rejim qüvvələri yenidən qruplaşdırır.