Suriyanın şimalında yerləşən Hələb rayonun Cəbəl Bədru bölgəsinə «Skad» tipli raket düşüb.
Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, nəticədə 47 nəfərin həlak olduğu bildirilib.
Suriya İnqilabi Şurası bildirib ki, onlarla dinc sakin yaralanıb.
Müşahidəçilərin sözlərinə əsasən, raketin düşməsi nəticəsində dağılan evlərin uçqunları altında yaralılar çıxarılıb. Bəzi yaralıların durumunun ağır olduğu da deyilir. Ona görə də həlak olan və yaralananların sayını artacağı istisna olunmur.