Gürcüstanda prokurorla vəkil dalaşıb
09 yanvar 2014 01:18 (UTC +04:00)

Gürcüstanda prokurorla vəkil dalaşıb

Gürcüstanın baş prokurorluğu baş verən hadisə ilə bağlı bəyanat yayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bəyanatda prokuror və eks-müdafiə naziri Baço Axalayanın vəkili arasında fiziki qarşıdurma baş verdiyi bildirilib: “Yanvarın 8-də təxminən 15.30 radələrində Tiflis prokurorluğunun inzibati binasında məhkəmədə bəraət alan eks-müdafiə naziri Baço Axalayanın işini aparan prokuror Levan Baçiaşvili və Gürcüstan Vəkillər Kollegiyasının üzvü, eks-müdafiə nazirin vəkili Romeo Sacaya əvvəllər hər ikisinin arasında baş verən şəxsi fikir ayrılığına görə bir-birinə söz atıblar. Sonda hər iki şəxs bir-birini fiziki təhqir ediblər.

 

Faktla bağlı Gürcüstanın baş prokurorluğunun baş müfəttişliyi Gürcüstan CM-nin 125-ci Maddəsinin 1-ci hissəsi ilə istintaqa başlayıb,” baş prokurorluğun bəyanatında bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 794
avatar

Oxşar yazılar