Gürcüstanda nazirlərin mətbuat konfransı keçirməsi məcbur olacaq
12 mart 2013 22:49 (UTC +04:00)

Gürcüstanda nazirlərin mətbuat konfransı keçirməsi məcbur olacaq

 

Gürcüstan hökuməti “Hökumət açıq idarəçiliyin tərəfdarıdır” adlı yeni layihənin icrasına başlayıb . APA-nın “Medianyus”s istinadən verdiyi xəbərə görə, Gürcüstanın baş nazirinin mətbuat katibliyinin məlumatında bildirilib ki, yeni layihənin məqsədi cəmiyyətin dövlət idarəçiliyinə daha geniş şəkildə qoşulmasını, hökumətin  işinin daha açıq və şəffaf etmək, hakimiyyət nümayəndələrinin vətəndaşları qarşısında hesabat vermələrini təmin etməkdir.     

 

“Hökumət açıq idarəçiliyin tərəfdarıdır” adlı yeni layihə hökumətin rəsmi nümayəndələrinin xarici KİV-lərlə interaktiv rejimdə görüşlər keçirməyini nəzərdə tutur.  

 

Layihə çərçivəsində KİV-lərlə görüşlər həftədə 2 dəfə keçiriləcək. Müvafiq olaraq, hər həftə 2 nazir cəmiyyəti təmsil etdikləri qurumların gördüyü işlərin nəticələri ilə tanış edəcək.  

 

“Hökumət açıq idarəçiliyin tərəfdarıdır” layihəsi çərçivəsində martın 12-də jurnalistlərlə birinci görüşü maliyyə naziri Nodar Xaduri keçirəcək.   

# 469
avatar

Oxşar yazılar