Gürcüstan hökuməti Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdi
03 aprel 2016 23:28 (UTC +04:00)

Gürcüstan hökuməti Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdi

0

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, xarici işlər və müdafiə naziri, komitə sədrləri, müvafiq qurumlar və parlament komitələri rəhbərləri bu gun keçirilən toplantıda bir araya gələrək Dağlıq Qarabağda vəziyyətilə bağlı muzakirələr aparıblar.

APA-nın Gürcüstan bürosunun məlumatına görə,  baş nazirin mətbuat xidmətindən bildirilib ki,  toplantıda Dağlıq Qarabağda vəziyyətlə bağlı məlumat dinlənilib. G. Kvirikaşvili mülki əhali arasında itkiyə səbəb olan vəziyyətin gərginləşməsi və hərbi əməliyyatların bərpası ilə bağlı narahatlığını bildirib.

Baş nazir regionda sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb eden vəziyyətin kəskinləşməməsi üçün beynəlxalq ictimaiyyətin səylərinin mümkün olacağina ümid etdiyini ifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 467

Oxşar yazılar