NATO-nun Əfqanıstandakı qoşunun keçmiş komandanı general Con Allen bu hərbi birləşmənin Avropadakı Silahlı Qüvvələrinin komandanı vəzifəsini tutmaqdan imtina edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, istefa verdiyini də bildirib. O, bu addımını ailə vəziyyəti, hər şeydən öncə xanımının səhhəti ilə əlaqələndirib.
Bir müddət əvvəl ABŞ prezidenti Barak Obama 60 yaşlı generala Amerika və NATO-nun Avropadakı Hərbi Qüvvələrinə komandanlıq təklifi etmişdi. Onda general düşünmək üçün bir az vaxt istəmişdi.
Bu ilin yanvarında Pentaqon onu Florida ştatından olan ailəli qadınla şübhəli yazışmaqda suçlu bilirdi.