Fransız hərbçiləri Mərkəzi Afrika Respublikasının iki şəhərini üsyançılardan geri alıblar. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, fransız əsgərləri paytaxt Banqidən başlayaraq ölkənin daxilində üsyançıların əlinə keçmiş şəhər və kəndləri geri qaytarmağa başlayıblar.
Qeyd edək ki, MAR-a Fransa hərbçiləri BMT-nin Təhlükəsizlik Şurasının qərarı ilə gəliblər.
Adıçəkilən ölkədə müsəlman və xristianlarla yaşanan toqquşmalarda yüz minlərlə insan evlərini tərk edib.